...Çelyabinskdə İncəsənət Meydanında aparılan bələdiyyə işləri zamanı 18-ci əsrdə yaşamış beş nəfərin qalıqları aşkar edilib.
SİA-nın məlumatına görə, bu barədə ekskursiya bələdçisi Eduard Verxovıx danışıb.
Ekspertin sözlərinə görə, işçilər cəsədləri Truda küçəsini Şəkil Qalereyasına doğru boru ilə deşməyə hazırlaşarkən tapıblar.
Tapılan qalıqlar daha sonra tədqiqat üçün Samaraya göndəriləcək. Sadəcə olaraq, bizim Çelyabinskdə antropoloji tədqiqat laboratoriyamız yoxdur. Bundan sonra onlar çox güman ki, dəfn olunacaqlar
Yeri gəlmişkən, bu günlərdə Moskvanın mərkəzində də bir kəşf edilib, burada tarixi binanın bərpası zamanı 37 qutu və 7 ədəd insan sümükləri aşkar edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə