Sizcə, rusiyalı alıcı bu məbləği ödəməyə hazırdırmı?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskvada 6,4 milyon rubla 2,5 litrlik 12 klapanlı M20B25 mühərriki və mexaniki sürət qutusu ilə məşhur 1989 BMW 5-Series ala bilərsiniz.

Satıcının sözlərinə görə, odometrdə avtomobilin cəmi 5,8 min km yürüşü var.

Və hətta bu yürüş Rusiyada olmayıb. Təsvirə görə, avtomobil 2023-cü ildə Rusiya Federasiyasına gətirilib, bundan sonra qeydiyyata alınmayıb, lakin bunun üçün bütün sənədlər təqdim edilib.

Xaricdə böyük pul üçün belə təkliflər çoxdan adi hala çevrilib.

Maraqlıdır ki, rus saytı sual edir: Sizcə, rusiyalı alıcılar yaxşı qorunub saxlanılan klassik avtomobillər üçün bu məbləği ödəməyə hazırdırlarmı?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə