...Leninqrad vilayətində Luqa şəhərinin 90 yaşlı sakini özünü telefon şirkətinin işçiləri kimi təqdim edən dələduzların zənglərindən sonra kuryerlərə 6 milyon rubl verib.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Uritski prospektində yerləşən Luqa şəhərindən olan qadına martın 1-dən 13-dək özünü telefon şirkətinin işçiləri kimi təqdim edən naməlum şəxslər zəng edib.
Fırıldaqçılar onu telefon müqaviləsini yeniləmək və şəxsi məlumatlarını ötürmək zərurətinə inandırıblar.
Daha sonra fırıldaqçılar vəsaiti saxlamaq bəhanəsi ilə qadını razı salıblar ki, əmanətlərini xarici valyutada və rublda iki dəfə kuryerlərə təhvil versin.
Zərərin ümumi məbləği 6 172 750 rubl təşkil edib.
Hazırda polis qurbanın verdiyi kuryerlərin təsvirlərindən istifadə edərək dələduzları axtarır.
Hadisə ilə bağlı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti qeyd edib ki, axtarışlar davam edir.
Bundan əvvəl paytaxtda 77 yaşlı kişi bir həftə ərzində fırıldaqçılara 10 milyon rubldan çox pul köçürmüşdü.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə