Hicamanın faydaları və zərərləri nələrdir? - DİQQƏT! - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ
"Hicamanın immun sisteminin güclənməsinə, bədəndən toksinli qanların xaric olmasına, metabolizmanın sürətlənməsinə faydaları var. Eyni zamanda, hicama olunduqdan sonra yüksək təzyiqin aşağı düşməsini, bədəndə artıq xolesterinin azalmasını müşahidə etmək olar". Bu sözləri SİA-ya açıqlamasında hicama və hirudoterapiya mütəxəssisi Gülnarə Əliyeva deyib.
Onun sözlərinə görə, immun sistemi zəif olan uşaqlarda, oynaq ağrıları, epilepsiya xəstəliyi, xroniki və kəskin baş ağrıları olan insanlarda, qadın və kişi sonsuzluğunda, bütün dermatik xəstəliklərdə hicamanın çox əhəmiyyətli təsiri var: "Hətta hicama vasitəsilə onurğa xəstəliklərində də mükəmməl nəticələr əldə etmək olar".
Həkim sözlərinə davam edərək belə qeyd edib: "Hicamaya daha çox yüksək təzyiqi, şəkər xəstəliyi olan insanların ehtiyacı olduğunu düşünürəm. Lakin hicama 2 yaşına qədər uşaqlara və 70 yaşdan yuxarı olan insanlara əks təsir göstərir. Yanlız zərurət olduğu halda bu insanlara hicama etmək mümkün ola bilər. Hicama eyni zamanda hemofiliya, talassemiya xəstələrinə, üç aya qədər hamilə qadınlara, təzyiqi və hemoqlabini aşağı olan insanlara zərər göstərə bilər. Ümumilikdə isə xüsusilə yaz aylarında hicama insanlara çox yaxşı təsir göstərir".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB