Gözlərimizi koronavirusdan necə qoruyaq? - DİQQƏT! - HƏKİM AÇIQLADI

“Bildiyimiz kimi 2019-cu il 31 dekabr Ümumdünya Səhiyyə Təşkilatı Çində ideologiyası naməlum olan və pnevmaniya ilə nəticələnən xəstəlik haqqında məlumat vermişdi. Bu isə yeni bir koronavirus olaraq təsdiqləndi”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, pandemiya başkayarkən müxtəlif fikirlər var idi: “Lakin sonradan məlum oldu ki, yoluxma hava-damcı yola ilə baş verir. Bəs, gəlin görək koronavirus göz vasitəsilə yoluxa bilər? Bunu ilk araşdıran çinli həkim bu xəstəliyə yoluxaraq ölmüşdür”.

Həkim sözlərinə belə davam edib: “Bəs, koronavirusun göz vasitəsilə yoluxması necə baş verir? Bu əsasən hava-damcı yolu ilə baş verir. Belə ki, qarşımızdakı insan asqırıb öskürərək ətrafa yayır. Qarşıdakı insan da əli ilə gözünü ovxalayaraq gözün selikli qişasına virus keçirir.

Araşdırmalar nəticəsində məlum olub ki, hər 100 adamdan 3-ündə koronavirusun gözün selikli qişasına bulaşması mümkündür. Bu isə daha çox yaşı kişilərdə özünü biruzə verir.

Virusun gözlərə bulaşması gözlərin qızarması və sulanma ilə müşahidə olunur. Lakin gözdə qızarıqlıq və sulanma adi allergik konyunktivitlərdə də müşahidə olur. Bəs, bunu koronavirusla necə fərqləndirmək lazımdır? Əgər şəxsdə öskürək, halsızlıq və temperaturun yüksəlməsi varsa bu zaman koronavirusla bağlı düşünmək olar.

Əgər gözdə qızarıqlıq və sulanma müşahidə olunursa mütləq istifadə etdiyimiz şəxsi əşyaları ayırmalı, göz bol su ilə yuyulmalı, əgər uzun müddət davam edirsə mütləq göz həkiminə müraciət olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə