Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 10-da 140 nəfər dünyasını dəyişib.

Bir gündə 358 min 846 test edilib. Gündəlik yoluxma sayı 29.492-dir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 62. 245-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 183 min 69-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə