Sidik kisəsi şişinin müalicəsində erkən diaqnoz müalicənin rahat olmasını asanlaşdırır. SiA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə türk urologiya mütəxəssisi dr. Bülent Çelik sidik kisəsi şişinin simptomları, diaqnostikası və müalicəsi haqqında məlumat verib, müalicəsində də istifadə edilən "radikal sistektomiya" əməliyyatının prosesini açıqlayıb.
Uroloji xərçənglərə gəldikdə Çelik, prostat xərçəngindən sonra ən çox görülən xəstəliyin sidik kisəsi şişi ilə əlaqəli xərçəng olduğunu söyləyib.
Bülent Çelik, "Sidik kisəsi şişi cəmiyyətdə çox rast gəlinən bir xəstəlikdir. Xüsusilə siqaret çəkənlərdə müşahidə edirik. Ölkəmizdə hər il təxminən 13 min insana sidik kisəsi xərçəngi ilə bağlı xərçəng diaqnozu qoyulur. Kişilərdə bu xəstəliyə tutulma riski yüksəkdir" deyib.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB