“Bugün artıq gün ərzində yoluxanların sayı sağalanların sayından azdır. Daha doğrusu, sağalanlar yoluxanları üstələyir. Düzdür, gün ərzində həyatını itirənlərin də sayı hələ ki çoxluq təşkil edir və bu heç ürəkaçan mənzərə deyil. Lakin bütün bunlara baxmayaraq vəziyyəti stabil qiymətləndirirəm. Durum nəzarət altındadır və bundan sonra hansı işlər görüləcəyi də aydındır”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət insanların özlərindən asılıdır: “Covid-19 ilə mübarizədə əsas peyvəndlənmədir. İkinci peyvəndi qəbul edənlər altı ay keçdikdən sonra üçüncü, “Buster” dozanı qəbul etməlidirlər.
Bugün Azərbaycanda peyvəndlənmə çox sürətlə gedir. Yəni, biz istər həkimlər vasitəsilə, istərsə də poliklinikalarda və yaxud da hansısa bir peyvənd olunan məntəqələrdə görürük ki, insanların buraya axını çoxdur. Çünki xəstəlikdən qorunmaq üçün yeganə çıxış yolumuz peyvəndləmədən keçir”.
Deputat sözlərinə belə davam edib: “Bugün statistikaya baxdıqda sağalanların sayının yoluxanların sayını üstələməsini görürük. Bu da ürəkaçan bir mənzərədir. Bəs, bu bəladan necə xilas ola bilərik? Əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə riayət etməklə, peyvəndləmə yolu ilə özümüzü virusdan mühafizə edə bilərik.
Qeyd edim ki, hətta peyvəndlənən insanlar belə bu xəstəliyə, xüsusilə də “Omikron” ştammına yoluxanda bunu çox yüngül bir formada keçirirlər. Hətta bəziləri bilmirlər ki, “Omikron”a yoluxublar. Bu adi qrip virusunun törətdiyi əlamətlərlə müşahidə olunur. Nəticə etibarilə, insanlara peyvəndləmə çox kömək edir.
İnsanlar peyvənd olunublarsa bu ştamma yoluxanda çox yüngül bir formada virusdan qurtula bilirlər. Ona görə də bir daha insanlarımıza üz tuturam ki, vaksin olunsunlar. İnsanlar gigiyenik qaydalara riayət etməklə yanaşı, sosial məsafənin saxlanılması, qapalı yerlərdə maskadan istifadə və profilaktik qaydalara əməl etməklə yəqin ki, biz bu qış mövsümünü uğurla başa çıxa bilərik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB