Əhalinin 47-48 faizi tam peyvəndlənmə prosesində iştirak edib Təyyar Eyvazov

Əhalinin 47-48 faizi tam peyvəndlənmə prosesində iştirak edib.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, hər hansı bir ölkədə yüksək səviyyədə kollektiv immuniteti əldə edərək, həmin ölkədə yolxuma sayının olmayacağını düşünmək düzgün deyil.

"Çünki hər ölkədə gediş-gəliş, turist axını olur və virusa yoluxma yenidən meydana gəlir. Bu səbəbdən kollektiv immunitet dedikdə tək bir ölkəni yox, bütün dünyanı nəzərdə tutmalıyıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə