Rusiyanın BMT-dəki daimi nümayəndəsi koronavirusa yoluxub

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya oronavirusa yoluxub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə daimi nümayəndəlikdən bildiriblər.

Məlumata əsasən, daimi nümayəndə özünü təcrid edib və məsafədən işini davam etdirir.

"Daimi nümayəndəliyin əməkdaşları, xüsusən də BMT-nin Baş Qərargahında tədbirlərə qatılan diplomatlar mütəmadi olaraq COVID-19 testindən keçirlər", - deyə nümayəndəlikdən bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə