“Omicrondan sonrakı immunitet digər ştamlardan qorunmayacaq”

“Omicrondan sonra orqanizmdə formalaşan immunitet, çox güman ki, koronavirusun digər ştamlarından qorunmayacaq”.

SİA-nın məlumatına görə, bunu Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Tatyana Rujentsova deyib.

Mütəxəssisin sözlərinə görə, çoxlu sayda mutasiya virusun sürətlə yayılmasına səbəb olub. Bu baxımdan omicrona qarşı immunitetin digər ştamlara qarşı çıxacağını düşünmək olmaz.

Ekspert insanların özlərini yalnız peyvənd və revaksinasiya vasitəsilə qorunmalarını tövsiyə edib.

O, əlavə edib ki, Rusiyada mövcud koronavirus dalğası uzun sürməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə