ÜST ölkələrarası səfərlərə qoyulan məhdudiyyətlərin ləğvinə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının yanvarın 13-də qəbul etdiyi sənəd bu gün rəsmən yayılıb.

SİA-nın xəbərinə görə, qurumun Fövqəladə hallar komitəsinin tərtib etdiyi sənəddə beynəlxalq səfərlərlə bağlı bəzi tövsiyələr yer alır.

Sənəddə göstərilir ki, sərhədlərin bağlı olması koronavirusun yayılmasına mane olmur. Tam əksinə, yeni mutasiyaların ortaya çıxmasındakı şəffaflığı azaldır. Bu səbəbdən ölkələrarası səfərlərə qoyulan məhdudiyyətləri ləğv etmək və ya yumşaltmaq tövsiyə olunur. Bu qadağalar heç bir əlavə dayda verməyib, əksinə sosial və iqtisadi streslər yaradır.

ÜST həmçinin bildirir ki, Beynəlxalq Sanitar Qaydaların 40-cı maddəsinə əsasən xarici səfər zamanı peyvəndləmə, test və karantin kimi tələblər səyahət edənin hesabına həyata keçirilməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə