İsrail, “Omikron” variantının ölkədə səbəb ola biləcəyi yeni dalğaya hazırlaşarkən, Covid-19 peyvəndinin dördüncü dozasını tətbiq edən ilk ölkə olmağı planlaşdırdığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin pandemiya mütəxəssisləri yaşı 60-dan yuxarı olanlar və tibb işçiləri üçün gücləndirici peyvəndin dördüncü dozasını tövsiyə edib. Daha sonra baş nazir Naftali Bennet səlahiyyətlilərə planı həyata keçirməyi tapşırıb. Covid-19 peyvənd proqramları başlayanda İsrail sürətli hərəkətə keçib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB