Avropa Birliyi “Sputnik V” peyvəndini - Niyə qəbul etmir?

Avropa Birliyi “Sputnik V” peyvəndini - Niyə qəbul etmir?

“Üçüncü koronavirus dalğası qaçılmaz idi və “delta” gərginliyi olmasaydı da bu baş verəcəkdi”. Bunu Novosibirsk Universitetinin virusologiya laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Netesov “RİA Novosti”yə verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, bundan əvvəl Rusiyada peyvənd olunmaqdan imtina edənlər rahatlaşdılar. Hər şeyin yaxşı olduğunu düşündülər. Amma bu gün ölkədə yaşananlar çox pis bir vəziyyət kimi qəbul edilməlidir: “Biz indiyə qədər geridə qalmağı yenidən öyrəndik. Bu gün Rusiyanı ağuşuna alan üçüncü dalğa geridə qaldığımızın açıq və aydın bir əlamətidir. Belə ki, hazırda virus bizi qabaqlayır, bizi yeni seçimlərə hazırlayır”.

Bu arada qeyd edək ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov, Avropa Birliyi ilə koronavirusa qarşı peyvənd üçün sertifikatların tətbiqi ilə bağlı kompromisə gəlmə ehtimalını şərh edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa Birliyi peyvəndlə bağlı məlumatları əhatə edən covid sertifikatlarının qarşılıqlı tanınması imkanlarını müzakirə etmək təklifi ilə Rusiya Səhiyyə Nazirliyinə müraciət etmişdi. Amma reallıq budur ki, Avropa Birliyi bu gün də Rusiyaya məxsus “Sputnik V” peyvəndini hələ də effektli dərman kimi qəbul etmir.

Qeyd edək ki, mətbuat katibi birlik ilə bu istiqamətdə dialoqun hələ də davam etdirdiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə