İranda koronavirusa yoluxanları sayı 2 min 900 nəfəri ötüb. Virusdan 92 nəfər ölüb, 552 nəfər isə sağalıb. SİA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianush Cahanpur açıqlayıb.
“Son bir gündə yeni virusla bağlı 586 yeni fakt qeydə alınıb. 15 xəstə dünyasını dəyişib. Ümumilikdə 2 min 922 nəfər infeksiyaya yoluxub. Qurbanların sayı 92, sağalanların sayı isə 552 nəfər çatıb”, - deyə nazirlik rəsmisi qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB