Qrip, soyuqdəymə, özkürək, qızdırma və sair kimi hallara uşaqlar arasında daha sıx rastlanır. Bu uşaqların immun sisteminin tam inkiaş etməməsi ilə bağlıdır. Belə hallarda valideynlər çarəni dərman preparatlarında görürlər. Uşaqlara sağlamlıq baxımından daha uyğun gördükləri bitki dərmanları verməyə çalışırlar. Amma mütəxəssislər, bütün dərmanların olduğu kimi, bitki tərkibli dərmanların da yerli-yersiz istifadəsi zamanı müəyyən fəsadlara yol açacağını bildirirlər.
Ailem.az-a istinadən bildirir ki, bununla bağlı məlumat verən pediatr Altay Abdullaoğlu deyir ki, bütün dərmanların fəsadları, yan təsirləri mövcuddur: "Həkimin məsuliyyəti xəstəyə doğru diaqnoz qoymaq və o xəstəni sağaltmaq üçün imkan daxilində ən yüngül, ən az sayda dərmanların təyin edilməsidir. Uşaqlara dərman preparatları verilərkən mütləq olaraq onların yaşı, çəkisi nəzərə alınmalıdır. Lakin həkim doğru diaqnoz qoyduqdan, uşağın yaşını, çəkisini düzgün nəzərə aldıqdan sonra belə fəsadlar baş verərsə, bundan dolayı həkim məsul deyil".
Pediatr vurğulayır ki, bəzən valideynlər yanlış olaraq elə bilirlər ki, dərmanların bir çoxunun, xüsusi ilə də bitki tərkibli dərmanların fəsadları yoxdur: "Buna valideynlərin həkimə müraciət etmədən, istifadə etdiyi "qızdırma salıcı" dərmanları da misal göstərmək olar. Bunlardan ən sadəsi, yan təsiri az olaraq hesab olunanı, uşaqlar və böyüklər tərəfindən daha çox istifadə edilən "parasetamol" tərkibli dərmanlardır. Lakin hətta bu tərkibli dərmanların belə çox sayda fəsadları ola bilər. Bu dərmanı istifadə etdikdən sonra mədə-bağırsağın, ürəyin, tənəffüs siteminin, dərinin, qaraciyərin, böyrəyin, sinir sisteminin, gözün, qan xəstəliklərinin belə, bir sıra poblemləri ortaya çıxa bilər. Ona görə də hətta sıradan hesab olunan dərmanları belə həkim göstərişi olmadan qəbul etmək doğru deyil. Bizlər bir həkim olaraq, müasir tibb olaraq, bir valideyn olaraq dərmanların bu yan təsirlərindən xilas ola bilmərik, lakin dərmanların yersiz istifadəsinin qarşısını ala bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



