"2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı 44 957 nəfər, Respublika üzrə donor sayı 85253 nəfər olub". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən il tədarük edilən qanın miqdarı 40670,5 litr olub. İnstitut direktoru söyləyib ki, 2017-ci ildə nikahqabağı müayinədən 135990 nəfər keçib: "Onlardan 3891 nəfərində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QICS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb".
Z.Əlimirzəyeva qeyd edib ki, ümumilikdə 2015-ci il iyunun 1-dən indiyədək 373680 nəfər müayinədən keçib: "Onların 14364-ündə talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-ündə QIÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub. Bu cütıüklərin 86-sı institita müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə ,26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB