Yaddaş funkiyası üçün sağlam dişlər önəmlidir

Yaddaş funkiyası üçün sağlam dişlər önəmlidir

Yaşı 55 -dən yuxarı olan 300 nəfər arasında keçirilən təcrübələrə əsasən məlum olub ki, yaddaş funksiyası dişlərin sayına bağlıdır.

Yaşlı dövrdə ağız boşluğunda nə qədər az diş olduqda, hər hansı informasiyanı yadda saxlamaq o qədər çətin olur. Bu o deməkdir ki, yaddaş funksiyası ağızda olan ana dişlərinin sayından asılıdır. Bilirik ki, normal halda cavan, sağlam insan 32 dişə sahibdir. Bu təcrübədə isə ən azı 22 dişə sahib insanlar iştirak etmişlər. Baxmayaraq ki alimlər bu bağlılığın səbəbinin tam müəyyən edə biləyiblər,lakin, onlar daha öncə kolleqaları tərəfindən keçirilən araşdırmalara yaxın nəticələri təsdiqləyiblər.

Heyvanlar üzərində aparılan daha öncəki araşdırma göstərmişdir ki, dişləri itirdikdə biz neyron itirir və beyin nahiyəsində yaddaşa cavabdeh olan olan "hippokampı funksiyasını azaldırıq.Belə məlum olur ki, dişlərlə beyinin əlaqəsi diş sinirləri vasitəsilə qurulur. Ana dişlərin sinir sonluqları siqnalı beyinə yönləndirir və hərəkət refleksləri, üz hissləri və sair kimi prosesslərə qismən təsir göstərir. Məhz bu hisslər ətraf mühitə olan təsəvvürümüzü tamamlayır və çox güman ki, məlumatın yadda qalmasını təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə