Alimlər tibbi sahədə ən böyük hədəflərdən biri olan xərçəngin bütün növlərini aşkar edən qan analizinə doğru böyük addım attıblar. John Hopkins Universitetində bir qrup alim xərçəngin səkkiz növünü aşkar edən yeni üsulu sınaqdan keçiriblər.
Onların məqsədi, xərçəngi xəstəliyin ilkin mərhələsində aşkar edə biləcək illik bir qan analizinin yaradılmasıdır. Sınağın nəticələri digər alimləri də həyacanlandırıb, lakin onlar yeni üsülun effektivliyini daha çox sınaqlarla yoxlamağın lazım olduğunu bildirirlər.
Xərçəng şişləri yarananda öz mutasiya olunmuş DNT-lərini və yaratdıqları proteinlərin hissələrini qana buraxırlar. CancerSEEK qan analizi xərçəng xəstəliyində ən çox mutasiya olan 16 gendəki dəyişikliyi və xərçəng şişlərində yaranan səkkiz növ proteini axtarır.
Yeni qan analizinin sınağında yumurtalıq, qara ciyər, qarın, mədəaltı vəzi, bağırsaq, qida borusu, ağ ciyər və döş xərçəngi xəstəliyi olan, lakin bu xərçəngin bədənlərinə yayılmadığı 1 005 pasient iştirak edib. Sınaqda qan analizi, xərçənglərin 70 faizini aşkar edib.
Xərçənglər nə qədər tez aşkar edilərsə, onun müalicəsi o qədər də asanlaşır. Sınaqdan keçirilən xərçənglərin beş növünün əlamətlərini aşkar etmək o qədər çətindir ki, onların erkən axtarışı üçün analiz proqramları mövcüd deyil.
Mədəaltı vəzi xərçənginin simptomları çox az olur və bu səbəbdən bu xərçəngdən əziyyət çəkən beş nəfərdən dördü diaqnozun verildiyi ildə ölür.
Cancer Research Institute (Xərçəng Tədqiqat İnstitutu), Centre for Evolution and Cancer-də (Təkamül və Xərçəng Mərkəzi) komanda rəhbəri olan həkim Gert Attard deyir ki, yeni analizin "nəhəng potensialı var".
O, yeni analiz üsulunun xərçənglərin aşkar edilməsi üçün istifadə edilən müxtəlif üsulları tamamilə əvəz etməyə imkanı olduğunu deyib.
Sonuncu sınaqda bu qan analizinin ilkin mərhələ xərçənglərin yalnız 40 faizini aşkar etdiyini xatırlatsa da, Cambridge Universitetində xərçəng epidemiologiya professoru Paul Pharoah yeni sınaqların keçirilməsinin lazım olduğunu bildirib.
CancerSEEK qan analizinin qiyməti 500 dollardan azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi
Siyasət 22:19Renault 80-ci illərin ralli əfsanəsini canlandıracaq...
Texnologiya 21:52Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...
Dünya 21:29Rusiyanı səfərbərlik gözləyirmi?
Dünya 21:06Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



