İslamiada çərçivəsində əhaliyə tibbi yardımla bağlı qərargah yaradılıb

İslamiada çərçivəsində əhaliyə tibbi yardımla bağlı qərargah yaradılıb

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin iki tibb müəssisəsi – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. SİA-nın xəbərinə görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

İslam Həmrəyliyi Oyunları ilə əlaqədar təcili yardım briqadasının tam hazır vəziyyətə gətirildiyini deyən nazir müavini yarışlar çərçivəsində əhaliyə lazımı tibbi yardımın göstərilməsi üçün operativ qərargahın yaradıldığını dilə gətirib: "Artıq oyunlar çərçivəsində yarışların bəziləri başlayıb və bu gün 20 briqada həmin ərazilərdə yerləşdirilib. Ümumilikdə, təcili yardım briqadaları yeni avtomobillərlə təmin edilib, tibb işçiləri xüsusi hazırlıq keçib. Bu yarışlar çərçivəsində əhaliyə lazımı tibbi yardımın göstərilməsi üçün operativ qərargah yaradılıb. Qərargah 24 saat ərzində fəaliyyət göstərəcək"

Bütün xəbərlər Facebook səhifəmizdə