Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb. SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə 25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: "Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var".
R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB