"Son illər Azərbaycanda ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb". SİA-nın xəbərinə görə, bunu Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur: "Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır. Ümumiyyətlə xəstəxanaya il ərzində daha çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur".
Xəstəxanada ölüm faizinin aşağı olduğunu deyən T. İbadov qeyd edib ki, hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB