Hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu ildə qəbul etdiyi 18 saylı Qərarına əsasən 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilib. Azərbaycanda da bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində çox əhəmiyyətli addımlar atılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu addımlardan biri də, Hepatit virusuna yoluxan xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılması olub. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib və digər işlər həyata keçirilib.
2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb. 30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub və baxılıb.
Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilən xəstələrin ümumi sayı – 990 nəfər təşkil edib.
Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı – 260 nəfər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB