Azərbaycanda may ayının əvvəlinə qədər nikaha daxil olmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci il iyunun 1-dən bu il aprelin 30-dək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif infeksiyalar aşkarlanıb. Ümumilikdə isə nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinədən keçmiş 6 min 921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.
Tibbi müayinə və məsləhətlər ailə qurmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB