"Narkotiklərə-YOX deyək” şüarı adı altında kampaniyalar keçirilir

"Narkotiklərə-YOX deyək” şüarı adı altında kampaniyalar keçirilir

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz "Narkotiklərə - YOX deyək" şüarı adı altında kütləvi-ictimai kampaniyaları davam etdirir. SİA-nın xəbərinə görə, 21 aprel 2016-cı il Gəncə şəhərində keçirilən aksiyada Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri "Narkomaniya millətin bəlası kimi. Müalicə və profilaktika" mövzusunda prezentasiya ilə, Gəncə şəhər narkoloji dispanserin baş həkimi "Gəncə şəhərində narkoloji vəziyyət və narkotik vasitələrdən asılı olan şəxslərin müəyyən edilməsi və onlara tətbiq edilən müalicə- reabilitasiya tədbirlər barədə məlumat verib.

23 aprel Mingəcevir şəhərində keçirilən tədbirdə Mingəçevir şəhər narkoloji dispanserin baş həkimi "Mingəçevir şəhərində narkoloji vəziyyət və narkotik vasitələrdən asılı olan şəxslərin müəyyən edilməsi və onlara tətbiq edilən müalicə- reabilitasiya tədbirlər barədə məlumat verib. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri "Narkomaniya millətin bəlası kimi. Müalicə və profilaktika" mövzusunda prezentasiya Ilə çıxış edib. Daha sonra şagirdlər, gənclər və mütəxəssislər arasında narkomaniya ilə əlaqədar debatlar təşkil olunub.

Lənkəran şəhərində 26 aprel tarixində keçirilən tədbirdə Lənkaran şəhər narkoloji xəstəxanasının baş həkimi "Lənkaran şəhərində narkoloji vəziyyət və narkotik vasitələrdən asılılıq olan şəxslərin müəyyən edilməsi və onlara tətbiq edilən müalicə- reabilitasiya tədbirlər barədə məlumat verib .

Keçirilən tədbirlərdə təhsil və mühafizə orqanlarının nümayəndələri habelə, məktəbli və tələbələr iştirak edirlər.

Aksiya digər bölgələrdə də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə