Ölkə prezidentinin tapşırığına əsasən, Gəncədə əhalinin tibbi müayinəsi fevralın 15-dən mayın 15-dək nəzərdə tutulub. Şəhər Səhiyyə İdarəsinin tərtib etdiyi proqrama əsasən terapevt, cərrah, nevropatoloq, oftalmoloq, stomatoloq və başqa ixtisasdan olan həkimlər əhalinin sağlamlıq vəziyyətini yoxlayacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tibbi müayinənin ilk günü rentgenoflüoqrafik, EKQ, USM xidmətindən istifadə edənlər daha çox olub. Bu cür tibbi xidmət şəhər sakinlərinin razılığı ilə qarşılanıb. Əhalinin tibbi müayinəsi dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrdə də aparılacaq. Eləcə də səyyar briqadalar tərəfindən orta və ali məktəblərdə, Gəncədə məcburi köçkünlərin kompakt məskunlaşdığı yerlərdə təşkil olunacaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB