2 tona yaxın yararsız ət aşkarlandı

Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda reyd keçirdi
2 tona yaxın yararsız ət aşkarlandı

Paytaxtda keçirilən reydlər zamani 2 tona yaxın mənşəyi məlum olmayan və qida üçün yararsız hesab olunan ət aşkarlanıb. Onların arasında hətta, ölmüş heyvanın ətinə də rast gəlinib. Ətlər müvafiq qaydada zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakıda 3 gündür keçirdiyi reydlərdə növbəti faktın üstü açılıb. Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən kolbasa sexində aparılan yoxlamalar zamanı 1 ton 200 kiloqrama yaxın mənşəyi məlum olmayan toyuq və heyvan əti aşkarlanıb. Ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Səməd Vurğun küçəsində isə Ağcabədinin Aşağı Avşar kənd sakini Şamxal Nəbiyevin idarə etdiyi minik avtomoili saxlanılıb. Maşına baxış zamanı Bakı şəhərinə satış üçün gətirilən və mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkar edilib.

Ətlərin heyvan qidası üçün də yararsız olduğu müəyyən edilib və zərərsizləşdirilməsi qənaətinə gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə