Aşura ilə əlaqədar artıq 1678 nəfər qan verib

Aşura ilə əlaqədar artıq 1678 nəfər qan verib

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-a qədər ölkə üzrə 1031 nəfər qan verib.

Səhər saatları olmasına baxmayaraq qan vermək üçün gələn insanların sayı durmadan artır. Aksiyada iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunurlar və onların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonra götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bir daha məlumat veriliblər ki, könüllü qanvermə aksiyaları saat 08:00-da başlayıb. Saat 11:00-a qədər ölkə üzrə 1678 nəfər qan verib. Ümumilikdə isə 755 litr qan toplanıb.

Qeyd edək ki, aksiyalar ölkənin 14 məscidində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə