İcbari tibbi sığorta sistemi növbəti ildən tətbiq olunacaq

İcbari tibbi sığorta sistemi növbəti ildən tətbiq olunacaq

"İcbari tibbi sığorta sistemi növbəti ildən tətbiq olunacaq". SİA-nın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, bu barədə dövlət başçısı da tapşırıqlarını verib: "Hazırlıqlar yüksək səviyyədədir. İcbari tibbi sığorta hər bir Azərbaycan vətəndaşına şamil olunacaq. Dövlət tərəfindən müəyyən məbləğ ayrılacaq və vətəndaşlar ehtiyacları olduğu zaman bu məbləğləri həm dövlət, həm də özəl tibb müəssisələrindən ala biləcəklər. Ancaq məbləğ ayrılandan daha çox olarsa, onlar ya öz hesablarına, ya donorların, ya da başqa bir vasitə ilə ödəniş etməlidirlər".

S.Şərifov bahalı əməliyyatlar həyata keçirən həkimlərin Azərbaycanda qalıb çalışması üçün onlara dövlət tərəfindən müəyyən məvacib ödənilməsinin nəzərdə tutulduğunu bildirib. Nazir sözügedən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə