Heydər Əliyev Mərkəzində pediatrların 15-ci konqresi keçirilir

Heydər Əliyev Mərkəzində pediatrların 15-ci konqresi keçirilir

Sentyabrın 11-də Səhiyyə Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə türk dünyası və Avropa pediatrlarının 15-ci konqresi keçirilir. Heydər Əliyev Mərkəzində keçirilən konqres dünya şöhrətli pediatr İhsan Doğramaçının anadan olmasının 100 illiyinə həsr edilib.

Konqresdə çıxış edən səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Azərbaycan səhiyyəsinin uğurlarından söhbət açıb. Xüsusilə son 10 ildə 500-dən çox tibb müəssisəsinin tikildiyi və ya əsaslı təmir olunduğu diqqətə çatdırılıb.

Türk Dünyası Pediatrlar Birliyinin sədri Nəsib Quliyev isə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb, iki gün davam edəcək konqresdə pediatriyanın aktual problemlərinə dair 30-dan çox məruzənin dinləniləcəyini bildirib.

Qeyd edək ki, türk dünyası və Avropa pediatrlarının 16-cı konqresi Kanadada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə