5 ay ərzində 9 xəstəyə sümük iliyi köçürülüb

5 ay ərzində 9 xəstəyə sümük iliyi köçürülüb

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səhiyyə Nazirliyinin səlahiyyətli şəxsləri Bakıdakı Talassemiya Mərkəzində olublar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlar hazırda Mərəzdə müalicə alan uşaqlara baş çəkmiş, onların səhhəti ilə maraqlanmış daha sonra valideynlərdən uşaqların tələbatlarını öyrənmiş, uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.

Uşaqların sağlamlığının qorunması ölkə başçısının və Səhiyyə Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş bu şəfa ocağı həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir.

Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təminatına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Azərbaycan üçün ən mühüm əhəmiyyət kəsb edən Talassemiya bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 9 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə