Oqtay Şirəliyev qəbul keçirib

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. SİA-nın verdiyi məlumata görə, şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Qəbula gəlmiş Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərinin xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətləri nazir tərəfindən dinlənilib.

Uzun illər sağlamlığında problemi olan, ötən qəbullardan sonra Səhiyyə Nazirliyinin müdaxiləsi nəticəsində tamamilə sağalaraq bu dəfə minnətdarlıq üçün yenidən görüşə gələn vətəndaşlar bu dəfə üstünlük təşkil edib. Qəbula gələnlərin digər bir qismini hazırda sağlamlığında problemləri olan digər vətəndaşlar təşkil edib ki, onların da müraciətlərinə nazir və nazirliyin müvafiq strukturlarının mütəxəssisləri tərəfindən baxılmış, hər bir məsələ diqqətlə araşdırılıb. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə