Azərbaycanda təcili yardım helikopterləri fəaliyyətə başlayacaq AÇIQLAMA

Azərbaycanda təcili yardım helikopterləri fəaliyyətə başlayacaq AÇIQLAMA

"Özəl klinikalarda çalışan heç bir həkim başqa tibb müəssiəsində müayinədən keçən xəstəni yenidən ödənişli əsaslarla müayinəyə məcbur edə bilməz. Amma xəstə hər hansı bir klinikaya güvənib müraciət edirsə, o zaman həmin tibb mərkəzinin qay-qanunlarına əməl etməlidir". Bu sözləri SİA-ya tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün özəl klinikalarda dərmanlar xəstələrin özləri tərəfindən alınır. Bu da tam olaraq qanuna uyğundur: "Bütün ölkələrdə xəstələr özəl klinikalara müraciət edirsə, o zaman dərmanları özləri alırlar. Əlbəttə ki dövlət xəstəxanalarında vəziyyət başqadır. Dövlət xəstəxanaları xəstələrə dərmanları pulsuz verir. Xəstələr 160 adda dərman pulsuz əldə edə bilirlər".

Professor həmçinin Azərbaycanda təcili yardım helikopterlərinin fəaliyyət göstərəcəyini də açıqlayıb. O, deyib ki, təcili yardım helikopterlərinə nəzarəti Sanitar Aviasiya xidməti həyata keçirəcək: "Bu xidmət hələ Sovet dönəmində Səhiyyə Nazirliyinin nəzdində mövcud idi. Lakin yeni xidmətin strukturunda, fəaliyyətində və tariflərində müəyyən dəyişikliklər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə