Fəaliyyətdə qüsurlar

Ötən il Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməmiş, cari və növbəti il üzrə proqnoz rəqəmləri müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmadan yalnız əvvəlki ilin göstəriciləri əsas götürülərək tətrib edilib. SİA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesabatda bildirilir ki, stansiya tərəfindən, bir neçə halda ixtisas dərəcələrinin və vəzifələrin düzgün müəyyən edilməməsi nəticəsində, həmçinin vakant vəzifələr hesabına xərclər smetasında nəzərdə tutulmadığı halda artıq əməkhaqqı, müvafiq normativ aktların tələblərinə düzgün riayət edilməməsi nəticəsində işçilərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə və bayram günü işləyən işçilərə əlavə haqq ödənilib.

Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırlması məqsədi ilə Səhiyyə Nazirlyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən 9369.5 manatın dövlət büdcəsinə bərpası, maddi məsul şəxslərin hesabında olan və mühasibatlıqda uçota alınmayan 6803.2 manat məbləğində dərman, sarı ləvazimatları və materiallarının ümumi məbləğinə müxabirləşmə verilərək münahibatlıqda uçota bərpası, əsas vəsaitlərə artıq hesablanmış 370120.9 manat amortizasiya(köhnəlmə) məbləğinin müxabirləşmə verilərək dəyərinin uçota bərpası təmin edilib. – hesabatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə