Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Mingəçevir, Bərdə, Goranboy, Yevlax rayon sakinləri öz müraciət, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.
Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB