“Tibbin müasir aspektləri”

Gəncədə şəhər səhiyyə idarəsi və WORLD MEDİCİNE-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Tibbin müasir aspektləri" mövzusunda regional elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, 10-a yaxın şəhər və rayondan 100-ə qədər həkim-pediatorun iştirak etdiyi konfransı giriş sözü ilə Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov açaraq Azərbaycan səhiyyəsinin son illərdə qazandığı uğurlardan danışıb. Bu sahənin sürətli inkişafının Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu bildirib.

Sonra "Kəskin revmatik qızdırma: klinika, diaqnostika, müalicəyə dair müasir yanaşmalar", "Xroniki ürək çatışmazlığı və arterial hipertoniyanın müalicəsində aldosteron antaqonistlərin istifadəsinə müasir baxış" və "Respirator distress sindrom" mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, elmi-praktik konfransda yerli həkim-pediatorların sualları da cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə