Göygöl mərkəzi rayon xəstəxanasının həkim briqadası bu dəfə Balçılı kəndində uşaqların məcburi disponserizasiyasını həyatra keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, kənd sahə xəstəxanasında aparılan aksiyaya bütün ixtisaslar üzrə həkimlər cəlb edilib. Sabah saatlarılndan startı verilən aksiya təxminən 3 saat davam edib.
Məktəblilər demək olar ki, bütün xəstəliklər üzrə müayinə edilib və aparılan müayinələrin nəticələrinə uyğun olaraq gələcəkdə müalicə profilaktikası həyata keçiriləcək. Təkcə Balçılı kəndində 14 yaşa kimi 3 mindən artıq uşağın tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulub. Ümumilikdə ötən illərdən fərqli olıaraq bu il kənd yerlərində, başqa sözlə desək mərkəzdən uzaq ucqar ərazilərdə sahə xəstəxanalarının, eləcə də həkim ambulatoriyalarında tibbi təchizatın yüksəldilməsi bu tibbi müayinələrin təşkilinə də öz müsbət təsirini göstərir. Göygöl rayonunda uşaqların məcburi tibbi tyoxlamalara cəlb edilməsi ilin sonuna kimi yekunlaşdırılmalıdır.
Qeyd edək ki, bu müddət ərzində 17 yaşa qədər 14 mindən artıq uşağın müayinəyə cəlb olunması proqnozlaşdırılır.
İlham Məmmədzadə



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB