Cəlilabad Müalicəvi Diaqnostika Mərkəzində qadına sataşmağa cəhd göstərilib
Bu gün Azərbaycanın bütün kənd və qəsəbələrində ən yüksək standartlara uyğun xəstəxanalar, amblatoriyalar və diaqnostika mərkəzləri tikilir. Bununla da kənd və qəsəbələrdən müayinə və müalicə üçün paytaxta üz tutmaq istəyənlərin sayı demək olar ki, azalıb. Amma bununla belə təəssüf doğuran bir halı qeyd etmək lazımdır ki, bəzən bölgələrdəki səhiyyə ocaqlarında neqativ hallara rast gəlinir. Cəlilabad Müalicəvi Diaqnostika Mərkəzində baş verənlər də arzuolunmaz neqativ hallardandır. Bu barədə SİA-ya şikayət ərizəsi ilə müraciət etmiş Cəlilabad rayonunun fəallarından olan Eyvaz Kamranoğlu, Əfqan Sadıqov, İlkin Məhərrəmov və digərləri Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Eldar Hacıyevin özbaşınalıqlarından cəlilabadlıların cana doyduqlarını bildiriblər. Şikayətçilər iddia edirlər ki, bir neçə il öncə xoş məramlarla fəaliyyətə başlayan Cəlilabad Müalicəvi Diaqnostika Mərkəzi hal-hazırda vicdansızlıq, alçaqlıq, namusuzluq, əxlaqsızlıq zəminində cinayətlər yuvasına çevrilib.
Bağışlanması mümkün olmayan əxlaqsızlıq
Şikayət məktubunda o fikir xüsusilə vurğulanır ki, 2014-cü il senytabrın 9-da Diaqnostika Mərkəzinin əxlaqsız həkimlərindən biri olan Rzayev Sənan Ağabəy oğlu gecə yarısı sərxoş vəziyyətdə Diaqnostika Mərkəzinə gələrək, xəstə uşağının yanında palatada gecələyən ailəli bir qadına təcavüz etməyə cəhd göstərib: "Bu bədnam hadisə baş verdiyi gecə saat 2-3 radələrində xəstə uşağın anasının qohum-əqrabası balta, bıçaq, lom, yaba ilə silahlanıb qisaslarını almağa çalışmışlar. Amma nədənsə bu fakt mərkəzin mühafizəçiləri tərəfindən hansı səbəbələrə görəsə qeydə alınmayıb. Bu hadisəni baş həkim Eldar Hacıyev ört-badır etməyə çalışıb".
Şikayət məktubunda qeyd olunur ki, Səhiyə Nazirliyinin Diaqnostika Mərkəzində bu günə qədər heç bir yoxlamalar aparmaması neqativ halların üzə çıxarılmasına şərait yaradır: "Eldar Hacıyevin "diribaşlığı" bununla kifayətlənmir. O, Diaqnostika Mərkəzinə gətirilən mebelləri oğurlayaraq şəxsi obyektlərə satır. Cərrahiyyə əməliyyatlarında həkimlərin istifadə etdikləri tikiş iynələri həkimlərin öz hesabına alınır. Hansı ki, qiyməti 60 qəpik olan bu iynələr baş həkim Eldar Hacıyev tərəfindən 60 manata sənədləşdirilərək, ümumilikdə dövlətin 14 min vəsaitini mənimsəyib. İki ildir ki, Müalicəvi Diaqnostika Mərkəzinə həkimlərin istifadəsi üçün ağ xalat, yataq dəstləri gətirilməyib. Həkimlər istifadə etdikləri ağ xalatları öz ciblərinin pulu ilə alırlar. Baş həkim bununla kifayətlənməyib həkimlərin aylıq məvacibindən ayda məvacib toplayır. Bu isə, 7 min manata qədər vəsait edir. Xəstəxanaya daxil edilən ərzaq məhsulları da Eldar Hacıyev tərəfindən mənimsənilir".
Şikayətçilər sonda Diaqnostika Mərkəzində baş verən hüquqa zidd əməllərin ictimailəşdirilərək, cəmiyyətin buna sərt reaksiya verməsini arzu edirlər.
İLHAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB