Oqtay Şirəliyev Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək. SİA-nın Səhiyyə Nazirliyi mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, nazir Oqtay Şirəliyev 11 iyul 2014-cü il tarixində saat 11:00-da Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək. Nazir Sumqayıt sakinləri ilə yanaşı Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləçək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB