Elsevər Ağayev: "Apteklərdə qanunsuz dərmanlar hələdə mövcuddur"

Elsevər Ağayev: "Apteklərdə qanunsuz dərmanlar hələdə mövcuddur"

"Apteklərdə yoxlamaların aparılması mövcud qanunvericilik çərçivəsində və Ədliyyə Nazirliyində mövcud reyestrdən keçiriləndən sonra icra olunur. Bu məsələ daim nazirliyin nəzarəti altındadır". SİA-nın xəbərinə görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, apteklərdə qanunsuz dərman satışının aşkarlanması əvvəlki vaxtlarla müqayisədə yox dərəcəsindədir. Amma söz yox ki, bu gün də belə hallara rast gəlinir: "Apteklərdə qanunsuz dərmanlara rast gəlinəndə onlara qarşı müvafiq ölçü götürülür".

Elsevər Ağayevin sözlərinə görə, Azərbaycan səhiyyəsinin prioritet istiqamətlərindən biri də infeksiyalara qarşı mübarizə aparmaqdır. Nazir müavini qeyd edib ki, hazırda dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda 10 infeksion xəstəliyə qarşı vaksinasiya aparılır: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycanda pnevmokok infeksiyasına qarşı da vaksinasiya həyata keçiriləcək. Bu prosesin qısa zamanda başlanması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə