Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev bu gün 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Yeni korpusunda vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir qəbulda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə