Ötən il Azərbaycanda olan klinikalara rezidentura pilləsi üzrə 300 nəfər qəbul olunub. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov bildirib:"Bu il rezidenturaya qəbul olunanların sayı 550-dən artıqdır. Əvvəl rezidenturlara keçmək üçün klinik bazaların sayı 12-13 idisə, hazırda bunun sayı 27-ə çatır. Bunun səbəbi də ondan ibarətdir ki, bir il bundan əvvəl Azərbaycan xəstəxanalarının bir çoxunda rezident hazırlamaq üçün şərait yox idi".
Onun sözlərinə görə, hazırda ölkədə səhiyyə sektoru inkişaf edir və yeni-yeni klinikalar yaranır: "Bu il geniş müzakirələr aparmaqla klinikaların maddi texniki bazaları, kadr potensialı yoxlanıldıqdan sonara, Səhiyyə Nazirliyi belə bir qərar qəbul edib ki, bunun sayı 27-yə çatdırılsın. Bu il sözügedən klinikalara rezidenturaya 550 nəfər qəbul olunub. Bu ilki göstəricilər ötən ilkindən qat-qat yüksəkdir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB