Səhiyyə Nazirliyi bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda deyilir ki, Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri arasında ölən və xəsarət alanlar var. Hadisə barədə saat 7:28 radələrində 103 xidmətinə müraciət daxil olmuşdur. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilin. 103 xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərmiş daha sonra isə onları xəstəxanalara çatdırıb. Hadisə nəticəsində ümumilikdə 53 nəfər xəsarət alıb.
Yaralılardan 35 nəfəri Kliniki Tibbi Mərkəzə (8-in vəziyyətinin ağır olduğu bildirilir, hazirda ikisinin üzərində əməliyyat aparılır), 11 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (10 nəfəri ambulator yardımdan sonra evə buraxılıblar), 1 nəfər isə Mərkəzi Neftçilər xəstəxanasına çatdırılıb. Yaralılardan 28 nəfəri hazırda stasionar müalicəyə cəlb olunub (26 nəfəri KTM-də, 1-nəfəri ET-Travmatologiya institutunda, 1-nəfər isə Mərkəzi Neftçilər xəstəxanasında. Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılıb. Daha 3 nəfər ağır yaralı sonradan (1 yolda, 2 – si xəstəxanada) dünyasını dəyişmişdir. Ümumilikdə ölənlərin sayı 6 nəfərdir. Yaralılardan 9-un vəziyyəti hazırda ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB