Dr. Namiq Novruzov III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresi və Endoforum 2026-da məruzə ilə çıxış edib

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı Dr. Namiq Novruzov 5–7 iyun 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresi və Endoforum 2026-nın “Endoskopik və Laparoskopik Cərrahiyyə Kursu” çərçivəsində “Laparoskopik xoledox eksplorasiyası” mövzusunda məruzə ilə çıxış edib.
Dr. Namiq Novruzovun çıxışı konqres və “Endoskopik və Laparoskopik Cərrahiyyə Kursu” iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş elmi-praktik müzakirələr aparılıb.
Qeyd edək ki, türkdilli ölkələrin aparıcı tibb mütəxəssislərini, alimlərini və səhiyyə təşkilatlarının nümayəndələrini bir araya gətirən konqres minimal invaziv və robotik cərrahiyyə, endoskopik müalicə üsulları, müasir diaqnostika və innovativ tibbi texnologiyalar sahəsində son nailiyyətlərin müzakirəsinə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə