Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloq Kamran Beydullayev “Orqan transplantasiyasında qanunvericilik” mövzusunda çıxış edərək transplantologiya sahəsində mövcud qanunvericilik, etik prinsiplər və donor-resipiyent münasibətlərinin hüquqi tənzimlənməsi barədə geniş məlumat verib. Kamran həkimin çıxışını Mərkəzi Gömrük Hospitalının rəsmi youtube kanalında https://youtu.be/qYwiQjMG_qQ izləyə bilərsiniz.
Mərkəzi Gömrük Hospitalının rəsmi YouTube kanalı pasiyentlər və geniş auditoriya üçün son tibbi yeniliklər, həkim müsahibələri, maarifləndirici çıxışlar və real tibbi proseslər barədə etibarlı video mənbədir. Kanalda müxtəlif şöbələr üzrə mütəxəssislərin çıxışları, canlı yayımlar və sağlamlıqla bağlı faydalı tövsiyələr mütəmadi olaraq paylaşılır.
Sağlamlıq haqqında doğru və peşəkar məlumatı birbaşa həkimlərdən dinləmək, eləcə də tibbin aktual mövzularını izləmək üçün Mərkəzi Gömrük Hospitalının YouTube kanalına abunə olmağı və yeni videolardan dərhal xəbərdar olmaq üçün bildirişləri aktiv edin. Youtube kanalının linki- https://www.youtube.com/@mrkzigomrukhospitalcustoms3382.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB