...Qan təzyiqinin monitorinq edilməməsi insultla nəticələnə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusiyalı həkim Aleksandr Umnov bildirib.
Mütəxəssis izah edib ki, bir çox insan qan təzyiqini izləməməyə və ya həblərlə aşağı salmağa öyrəşib.
Lakin bu, yaxşı fikir deyil. Əgər insanın qan təzyiqi tez-tez yüksəlirsə, həkimə müraciət etməlidir, çünki bunun müxtəlif səbəbləri ola bilər.
Bu, tez-tez insultla nəticələnə bilər.
Umnov qeyd edib ki, vəziyyət xüsusilə şirniyyatların həddindən artıq istehlakı və oturaq həyat tərzi ilə daha da ağırlaşır.
Bu, qan dövranını yavaşladır və maddələr mübadiləsini pozur. Nəticədə yüksək təzyiq və insult yaranır.
Umnov balanslı qidalanmanı, ən əsası tərəvəz, göyərti və dənli bitkilərdən ibarət qidalanmanı tövsiyə edib. Stress sağlamlıq problemlərinin başqa bir mənbəyidir.
Həkimin sözlərinə görə, qışqırıq və ya ağlama kimi hər hansı kiçik qıcıqlandırıcıya qəfil reaksiya vermək birbaşa qan damarlarına zərər verə bilər.
Umnov izah edib ki, həddindən artıq emosional insanlar yuxusuzluqdan əziyyət çəkirlər ki, bu da ürək ritminin pozulmasına səbəb olur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB