Mərkəzi Gömrük Hospitalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi-sosial aksiya keçirilib
Mərkəzi Gömrük Hospitalında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm spektr pozuntuları ilə üzləşmiş uşaqlar üçün tibbi-sosial aksiya təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, tibb işçiləri və könüllü gömrükçülər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və firavan gələcək arzulayıb. Şahlar Mirqasım çıxışında Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan dövlət siyasətində xüsusi yer tutduğunu, bu humanist siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, uşaqların sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsinin dövlətin sosial siyasətinin əsas hədəflərindən biri olduğunu da vurğulayıb.
Rəis müavini Şahlar Mirqasım Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələrin, xüsusilə uşaqların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını qeyd edib. Tibbi aksiya çərçivəsində uşaqlar müxtəlif ixtisaslar üzrə kompleks müayinələrdən keçiblər. Aksiyada Mərkəzi Gömrük Hospitalının pediatrları Təranə Göyüşova, Nigar Mirzəyeva, Aygün Sadıxova və Nazilə Hüseynova, travmatoloq Müseyib Əhmədov, uşaq nevroloqu Mehriban Məmmədova, otorinolarinqoloq Elvin Əzizov, uşaq cərrahı Alşan Paşazadə, oftalmoloqlar Aynurə Əliyeva və Aybəniz Zeynalova iştirak ediblər. Tədbir çərçivəsində uşaqlara xatirə hədiyyələri də təqdim edilib. Tədbir kollektiv şəkilin çəkilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB