“Kadr siyasəti ciddi islahatlara məruz qalmalıdır - Teymur Musayev

Kadr çatışmazlığı ilə bağlı, xüsusilə bölgələrdə mövcud vəziyyət nəzərə alınaraq, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən birgə işçi qrupu yaradılıb.

SİA xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu istiqamətdə mütəmadi görüşlər keçirilir və mövcud problemlər geniş şəkildə müzakirə olunur. Onun sözlərinə görə, kadr siyasəti səhiyyə sahəsində ciddi islahatlara məruz qalmalıdır.

Hazırda bu sahədə müəyyən təkliflər və mexanizmlər hazırlanır. Qərarlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə