Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Konqresdə iştirak ediblər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini, t.ü.f.d. Nabil Seyidov, Kardiologiya şöbəsinin invaziv kardioloqları - Dr.Emin Hacıbalayev, Dr.Emin Allahverdiyev və həkim-rezidentlər 20–21 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kardiometabolik və Nadir Xəstəliklər” konqresində iştirak ediblər.
Konqres çərçivəsində kardiometabolik sindrom, ürək-damar xəstəlikləri, şəkərli diabetin ürək-damar sisteminə təsiri, nadir genetik patologiyalar, erkən diaqnostika və müasir müalicə yanaşmaları mövzularında elmi məruzələr təqdim olunub, klinik protokollar və beynəlxalq təcrübə müzakirə edilib. Mərkəzi Gömrük Hospitalının həkimləri panel müzakirələrində iştirak edərək öz klinik təcrübələrini bölüşüb, multidissiplinar yanaşmanın əhəmiyyəti və pasiyent yönümlü müalicə strategiyaları barədə fikirlərini səsləndiriblər.
Tədbirdə Kardiometabolik risk faktorlarının erkən aşkarlanması, nadir xəstəliklərin diaqnostikasında innovativ metodlar, İnvaziv və qeyri-invaziv müalicə üsulları və Profilaktik tədbirlərin gücləndirilməsi mövzular geniş müzakirə olunub.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə