Azərbaycanlı kardioloqun tədqiqatı nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndərin apardığı tədqiqatın yekun nəticəsi Amerika Kardiologiya Cəmiyyətinin rəsmi jurnalı olan Journal of American Cardiology College-də (JACC) dərc olunub.

SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb dünyasında ən nüfuzlu kardioloji jurnallardan biri hesab olunan nəşrdə "Atım fraksiya azalmış ürək çatışmazlığı olan pasiyentlərdə hospitalizasiyadan sonra süni intellekt əsaslı virtual assistant ilə rəhbər tövsiyələrə əsaslanmış medikal müalicənin optimallaşdırılması" - The ASSIST-HF SIRIO adlı tədqiqatın nəticələri açıqlanıb.

Qeyd edək ki, bu tədqiqatın ilkin nəticələri ilk dəfə Avropa Kardiologiya Cəmiyyətinin 2025-ci ildə Madriddə keçirilən konqresi çərçivəsində "Late-breaking trials" adlı sessiyada təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə